
18–21 iyun tarixlərində keçirilən və 40 mindən çox insanın iştirak etdiyi 6-cı “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə biz də Handex Təlim Mərkəzi olaraq öz məhsul və xidmətlərimizi təqdim etdik. Sərginin davam etdiyi 4 gün boyunca innovativ yanaşmamız, orijinal təqdimat formatımız və interaktiv stendimiz ilə fərqlənməyi bacardıq.
Bu dörd gün ərzində Handex-in stendini 3000-dən çox ziyarətçi və iştirakçı ziyarət etdi. Ağıllı ekran vasitəsilə “Excel Cibinizdə” kitabımızın parçalarını birləşdirən minlərlə ziyarətçiyə təlim mərkəzimiz tərəfindən hədiyyələr təqdim olundu.
İlk dəfə 6-cı “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə təqdimatını etdiyimiz “Excel Cibinizdə” kitabı isə gözləniləndən daha artıq formada ziyarətçilərin böyük marağına səbəb oldu.
Sərgi boyunca kitabımızın maskotu olan CibX tədbirin ən maraq doğuran personajına çevrildi. CibX uşaqlar və böyüklər tərəfindən sevgi ilə qarşılanıb sərgiyə rəng qatmaqla yanaşı, “Excel Cibinizdə” kitabının simvolik obrazına çevrilməyi bacardı. Ziyarətçilər CibX ilə xatirə şəkilləri çəkdirərək qarşılıqlı ünsiyyətə girir və bununla da sərginin ən yaddaqalan anlarından birini yaşadılar.
Handex olaraq belə tədbirlərdə iştirak etməkdə əsas məqsədimiz təlim mərkəzimizi və məhsullarımızı daha geniş auditoriyaya çatdırmaq, bununla da gələcəyin peşəkarlarına dəyər qatmaqdır.
Növbəti tədbirlərdə yenidən görüşmək ümidi ilə!